Sözlər      ilə Başlayan      Eynisi

                          Türkçe - Azerbaycanca Lüğet 

bulamadiginiz kelime olursa buraya yazarak irtibata geçebilirsiniz: elaqe

 
                   S

SABAHLIK(-ğı) – qadın xalatı
SABAN – kotan; kara saban – xış, cüt
SAÇMA – 1) axmaq, səfeh; 2) boş söz, mənasız fikir, cəfəngiyat
SAÇMALAMAK – boş-boş danışmaq, mənasız danışmaq
SAFHA – faza, mərhələ, dövr, etap; hazırlık safhası – hazırlıq mərhələsi
SAFİ – təmiz, saf, xalis; safi kar – təmiz gəlir
SAĞANAK(-ğı) – şiddətli yağış, sel, tufan
SAĞDUYU(-nu) – sağlam fikir, sağlam düşüncə
SAĞIR – kar; sağır edici – qulaq batırıcı
SAĞLAMAK – 1) təmin etmək, təchiz etmək; 2) nail olmaq, müvəffəq olmaq; başarı sağlamak – müvəffəqiyyətə nail olmaq
SAĞLIK MEMURU – feldşer
SAHANDA YUMURTA – qayğanaq
SAKAT(-tı) – 1) zədəli, qüsurlu, xarab; 2) şikəst, əlil
SAKATLAMAK – 1) şikəst etmək, eybəcər hala salmaq; 2) zədələmək, xarab etmək, korlamaq
SAKATLIK(-ğı) – 1) şikəstlik, əlillik; sakatlık emekli aylığı – əlilliyə görə pensiya; 2) nöqsan, zədə, qüsur
SAKIN – ehtiyatlı ol, gözlə, bax
SAKINMAK – qorunmaq, yayınmaq, özünü gözləmək; soğuktan sakınmak – soyuqdan özünü gözləmək
SAKLANMAK – 1) gizlənmək, daldalanmaq; 2) qorunmaq, saxlanmaq
SAKLI – 1) saxlanılmış, qorunmuş; 2) gizlədilmiş, gizli, gizlin; saklı mevzi – gizli mövqe
SALAM – səlyami (bərk kolbasa növü)
SALAMURA – 1) duzlu su, şoraba suyu; 2) şoraba; duza qoyulmuş; balık salamurası – duzlu balıq
SALÇA – 1) sous, xörək şirəsi; 2) tomat pastası
SALDIRGAN – təcavüzkar
SALDIRI – hücum, basqın, təcavüz; saldırıya uğramak – hücuma məruz qalmaq
SALDIRMAK – cummaq, hücum etmək, təcavüz etmək
SALGIN – 1) epidemiya; 2) hücum, axın, basqın; çekirge salğını – çəyirtkə basqını
SALI – çərşənbə axşamı
SALIK: salık vermek – məsləhət görmək, tövsiyə etmək
SALIVERMEK – azadlığa buraxmaq, azad etmək
SALINCAK(-ğı) – yelləncək
SALLAMAK – bulamaq, yelləmək; başını sallamak – başını bulamaq
SALLANTI – 1) yellənmə, yırğalanma, silkələnmə, titrəyiş; 2) etinasızlıq, laqeydlik, saymazlıq, diqqətsizlik
SALT(-tı) – təkcə, yalnız; bu iş salt kendisini ilgilendirmez – bu iş təkcə ona aid deyil
SALTÇILIK(-ğı) – mütləqiyyət
SALVO – yaylım atəşi, salyut
SANATORYUM – vərəm sanatoriyası
SANCAK(-ğı) – bayraq
SANDAL – qayıq
SANDALYE – 1) stul, kürsü, oturacaq; koltuklu sandalye – qoltuqlu kürsü; 2) vəzifə, stol; sandalye kavgası – vəzifə davası
SANIK(-ğı) – müttəhim, müqəssir; öldürmekten sanık – adam öldürməkdə müqəssir sayılan
SANSAR – daş dələsi
SANTRFOR – mərkəz hücumçusu
SANTRHAF – mərkəz yarımmüdafiəçisi
SANTRAL(-lı) – 1) mərkəzi stansiya; elektrik santralı – elektrik stansiyası; 2) kommutator
SAPMAK – 1) çevirmək, döndərmək; sokağa sapmak – küçəyə döndərmək; 2) əl çəkmək, uzaqlaşmaq; amacından sapmak – məqsədindən uzaqlaşmaq, yoludan çıxmaq
SAPTAMAK – 1) bərkitmək, möhkəmlətmək, bənd etmək; 2) müəyyən etmək, təyin etmək; bu olayın sorumlularının saptanmasını istedi – bu hadisənin günahkarlarının müəyyən olunmasını tələb etdi
SARFİYAT(-ti) – xərc, məsrəf, məsarif; sarfiyat ve varidat – məxaric və mədaxil
SARKMAK – sallanmaq
SARNIÇ(-cı) – 1) nohur, hovuz; 2) sistern
SARP(-pı) – 1) sıldırım, yalçın, dik; sarp bir dağ – sıldırım dağ; 2) çətin, ağır
SATICI TEZĞAHI – piştaxta
SATRANÇ(-cı) – şahmat; satranç tahtası – şahmat taxtası
SATRANÇCI – şahmatçı
SATRANÇLI – dama-dama, xana-xana, göz-göz
SAVCI – prokuror; baş savcı – baş prokuror
SAVMAK – qovmaq, qovub çıxartmaq
SAVRUK – nizamsız, qeyri-mütəşəkkil, intizamsız
SAVUNMA – müdafiə; savunma hattı – müdafiə xətti; milli savunma – mili müdafiə
SAVUNMAK –müdafiə etmək, qorumaq
SAYDAM – şəffaf; cam saydamdır – şüşə şəffafdır
SAYGI – hörmət, ehtiram
SAYGISIZ – hörmətsiz, ehtiramsız, sayğısız
SAYILI – 1) sayılmış, sayılı; 2) nadir, qeyri-adi
SAYIN – hörmətli, möhtərəm; sayın beyim – möhtərəm cənab
SEBATSIZ – qətiyyətsiz, hərdəmxəyal, mütərəddid
SEÇİM – 1) ayırma, seçmə, seleksiya; 2) seçki; seçim çevresi – seçki dairəsi
SEÇMEN – seçici
SEDİR – sədr ağacı (botanika)
SEDYE – xərək (sanitar)
SEFAHAT, SEFAHET(-ti) – əxlaqsızlıq, pozğunluq
SEHPA – 1) ştativ (foto); 2) molbert; 3) dar ağacı
SEK – tünd (spirtli içkilər)
SEMİZ – kökəldilmiş (heyvan, quş)
SENDİKA – həmkarlar ittifaqı
SENE – il; senelerce – illərlə; sene başı – yeni il
SENELİK(-ği) – illik, birillik; senelik gelir – illik gəlir
SERİ(-i) I – cəld, çevik, tez, sürətlə; makinede seri yazmak – makinada sürətlə yazmaq
SERİ II – seriya, seriyalı; seri imalat – seriyalı istehsal
SERÜVEN – macəra, sərgüzəşt
SERVİS – xidmət, qulluq, servis; casus arama servisi – əks kəşfiyyat xidməti
SESBİLİM – fonetika
SEVKETMEK – 1) göndərmək, yola salmaq, yollamaq; tekaüde sevketmek – təqaüdə yola salmaq; 2) istiqamətləndirmək (hərbi), yönəltmək; 3) toplanmaq, cəmləmək, yığmaq (qoşunu); 4) vadar etmək, sövq etmək, təhrik etmək
SEYİR(-yri) – gediş, inkişaf; hadiselerin seyiri – hadisələrin gedişi
SEYİRCİ – tamaşaçı; beyaz perde seyircisi – kinotamaşaçısı
SEYYARE – planet, səyyarə
SEZGİ – duyma, hiss etmə, intuisiya
SICAK(ğı) – 1) isti; qaynar; sıcak yemek – isti yemək; 2) istilik; 3) hərarətli, coşqun, qızğın; sıcak istek – coşqun həvəs
SICAKLIK(-ğı) – istilik, hərarət, temperatur
SIĞ(-ğı) – dayaz; sığ nehir – dayaz çay
SİĞİRTMAÇ(-cı) – çoban (iri buynuzlu heyvanları otaran)
SİHHİ – 1) sanitar, gigiyenik; 2) cana faydalı, cana xeyirli
SIKI – 1) sıx, dar, ensiz; yaka sıkıdır – yaxası ensizdir; 2) qəti, kəsin, ciddi; sıkı tedbirler – ciddi tədbirlər
SIKILGAN – utancaq, həyalı, abırlı; sıkılgan bir eda ile – utancaq bir tərzdə
SİKİYÖNETİM – hərbi vəziyyət; şehirde sikiyönetim ilan edildi – şəhərdə hərbi vəziyyət elan olundu
SIKLET(-ti) – çəki, ağırlıq; sıklet merkezi – ağırlıq mərkəzi; atom sıkleti –atom çəkisi
SINAV – imtahan, sınaq; bitirme sınavı – buraxılış imtahanı; giriş sınavları – qəbul imtahanları
SINIR – sərhəd, hüdud, hədd; sınır direği – sərhəd dirəyi; sınır eri – sərhədçi; tahammülün sınırına gelmişlerdi – onların hövsələsi son həddə çatıb
SINIRLAMAK – 1) məhdudlaşdırmaq, sərhəd qoymaq, hədd qoymaq; 2) çərçivəyə salmaq, haşiyə çəkmək
SINIRLI – məhdud, sərhəddi olan, məhdud edilmiş
SIRIK(-ğı) – şüvül, uzun ağac
SIRT(-tı) – arxa, kürək
SITMA – malyariya (tibbi), qızdırma, isitmə
SİLECEK(-ği) – qətfə
SİLO – anbar; buğday silosu – buğda anbarı, elevator
SİMGE – simvol, nişan
SİMİT(-di) – 1) bublik; 2) avtomobilin sükan çarxı
SİNDİRİM – həzm, həzm prosesi; sindirim aygıtı – həzm orqanı
SİNEK(-ği) – 1) milçək; 2) tref, xaç (xallı qumar kağızları)
SİNİRBİLİM – nevrologiya
SİNİRLİ – əsəbi
SİNLİK(-ği) – qəbristan
SİNMEK – 1) gizlənmək, sinmək; 2) canına hopmaq, canına çəkmək
SİNSİ – xain, xəyanətkar, namərd
SİNYAL – işarə, siqnal; sinyal vermek – siqnal vermək, işarə etmək
SİTE – şəhərcik; basın sitesi – mətbuat mərkəzi; öğrenci sitesi – tələbə şəhərciyi
SİVA – mala, suvaq
SİVİL – mülki, sivil; sivil elbise – mülki geyim
SİVİLCE – sızanaq
SİVRİSİNEK(-ği) – hünü, mığmığa
SİYAH – qara; siyah ekmek –qara çörək
SKOR – hesab (idman); skor 3:2 lehimizedir – hesab 3:2 bizim xeyrimizədir
SLOGAN – şüar; Ya özgürlük ya ölüm – Ya azadlıq ya ölüm şüarı
SOKAK(-ğı) – küçə; sokak başı – küçənin başı
SOLUK(-ğu) – nəfəs; rahat bir soluk almak – rahat nəfəs almaq
SOLUNMAK – nəfəs almaq, tənəffüs etmək
SOMURTKAN – qaşqabaq, qaraqabaq, tutqun
SOMUT(-tu) – konkret, müəyyən, dəqiq; somut sayı – müəyyən ədəd
SONBAHAR – payız
SONDAJ – 1) qazıma; sondajcı – qazmaçı; 2) zondaj (tibbi)
SONUÇ(-cu) – nəticə; sonuç çıkarmak – nəticə çıxarmaq
SONUÇLAMAK – tamamlamaq, qurtarmaq, bitirmək; bu işi iki güne kadar sonuçlıyabiliriz – bu işi iki günə qurtara bilərik
SORGU HAKİMİ – müstəntiq
SORU – 1) sual; soru cümlesi – sual cümləsi; 2) sorğu; sözlü soru – şifahi sorğu
SORUM – məsuliyyət, cavabdehlik; bu işin sorumunu üzerime alırım – bu işin məsuliyyətini üzərimə götürürəm
SORUMLU – məsul, cavabdeh; sorumlular – məsul şəxslər; sorumlu tutulmak – cavabdeh olmaq
SORUN – məsələ, problem
SORUŞTURMA – istintaq
SOYUT(-tu) – mücərrəd, abstrakt; soyut isim – mücərrəd isim
SÖĞÜŞ – soyutma (buğda bişirilib soyudulmuş ət)
SÖMÜRGE – müstəmləkə
SÖMÜRGECİ – müstəmləkəçi; sömürgeci devletler – müstəmləkəçi dövlətlər
SÖMÜRGECİLİK(-ği) – müstəmləkələşdirmə, müstəmləkəçilik
SÖMÜRÜ – istismar
SÖMÜRÜCÜ – istismarçı
SÖYLEV – nitq; söylev vermek – nitq söyləmək
SÖZLEŞME – saziş, müqavilə, kontrakt, bağlaşma, razılaşma
SÖZLU – şifahi; sözlu sınav – şifahi imtahan
SPİKER – diktor, spiker; spor spikeri – idman şərhçisi
SPOR – idman; spor haberleri – idman xəbərləri; sporcu – idmançı
STAJİYER – təcrübə keçən, praktikant; stajiyer öğretmen – təcrübəçi müəllim
STİLO – avtoqələm
SUBAY – zabit; subay okulu – zabit məktəbi
SUÇ(-çu) – 1) günah, suç; suçtan geçmek – günahından keçmək; 2) cinayət
SUÇLU – 1) təqsirkar, günahkar; 2) cani, cinayətkar; harp suçluları – hərbi canilər
SUÇSUZ – günahsız, təqsirsiz
SUDAN – mənasız, əhəmiyyətsiz, dəyərsiz, boş; sudan bir bahane – mənasız bəhanə
SUİİSTİMAL(-li) – suiistifadə; emniyeti suiistimal – inamdan sui istifadə
SUNMAK – vermək, təqdim etmək; bildirmək; derin saygılarımı sunarım – sizə dərin ehtiramımı bildirirəm
SUR – qala dirvarları; Topkapı surları – Tonqapı divarları
SUSKUN – dinməz, azdanışan, sakit
SUSTALI – qatlama bıçaq
SUTYEN – büsthalter
SUVARE – axşam seansı, axşam tamaşası
SÜLÜK(-ğü) – zəli (zoologiya)
SÜMKÜRMEK – burnunu silmək
SÜRAHİ – qrafin
SÜRDÜRMEK – davam etmək, davam etdirmək; savaşı sürdürmek – mübarizəni davam etdirmək
SÜRE – müddət, vaxt, dövr; askerlik süresi – hərbi xidmət müddəti; bir hafta süresince – bir həftə ərzində
SÜREÇ(-ci) – proses; üretim süreçi – istehsal prosesi
SÜREĞEN – xroniki
SÜRELİ: süreli yayınlar – dövri nəşriyyat
SÜRMENAJ – hədsiz gərginlik, hədsiz yorğunluq
SÜRÜM – satış; sürüm pazarı – satış bazarı
SÜS – bəzək; süs eşyası – bəzək-düzək, bijuteriya
SÜSLEMEK – bəzəmək, yaraşıq vermək


Powered by Azeri.NET