Sözlər      ilə Başlayan      Eynisi

                          Türkçe - Azerbaycanca Lüğet 

bulamadiginiz kelime olursa buraya yazarak irtibata geçebilirsiniz: elaqe

 
                   Y

YABAN – 1) yad, özgə; 2) yabanı, cır (bitkilər)
YABANGÜLÜ(-nü) – itburnu çiçəyi
YADSİMAK – inkar etmək, danmaq
YAFTA – etiket, yarlık
YAĞMURLUK(-ğu) – plaş, yağmurluq, bürüncək
YAHNİ – yəhni (qızardılmış soğanla hazırlanmış ət yeməyi)
YAKACAK(-ğı) – yanacaq
YAKINMAK – şikayətlənmək, gileylənmək
YAKIT(-tı) – yanacaq; akar yakıt – duru yanacaq
YAKLAŞIK – təxmini; yaklaşık olarak – təxmini olaraq
YAKLAŞMAK – yaxınlaşmaq
YAKMAK – yandırmaq, alışdırmaq; ocağı yakmak – ocağı yandırmaq
YALDIZ – 1) qızıl suyu, zər; 2) zahiri bəzək
YALI – 1) çimərlik, sahil; 2) yay evi, villa (dənizin, çayın sahilində)
YALPA – yırğalanma, valaylama; gemi yalpa vuruyordu – gəmi yırğalanırdı
YAMUK(-ğu) – trapesiya; dik yamuk – düzbucaqlı trapesiya
YAN SOKAK – döngə
YANARDAĞ(-ğı) – yanardağ, vulkan
YANGI – iltihab; boğaz yangısı – boğaz iltihabı
YANKESİCİ – oğru, cibgir
YANKI – əks-səda, reaksiya
YAPI – 1) bina, tikili, qurğu; istihsal yapıları – istehsal binaları; 2) tikinti, inşaat, qurma; yapı işleri – tikinti işləri; 3) quruluş, struktur; dilin yapısı – dilin quruluşu
YAPICI – 1) quran, yaradan, inşaatçı; 2) əməli, konstruktiv; yapıcı teklif – əməli təklif
YAPILIŞ – quruluş, konstruksiya
YAPIM – qurma, yaratma, istehsal; yapma boyaların yapımı – süni boyaların istehsalı
YAPIT(-tı) – iş, əsər
YAPMA – 1) yaratma, tikmə, qurma; 2) təmir etmə, düzəltmə; 3) hazırlama; 4) süni, saxta, qəlp
YAPMACIKSIZ – təbii
YAPMAK – 1) etmək, yaratmaq, tikmək, qurmaq, düzəltmək, hazırlamaq; bir seyahat yapmak – səyahət etmək; 2) səbəb olmaq, doğurmaq
YARBAY – podpolkovnik
YARGI – mülahizə, mühakimə, fikir, rəy
YARGIÇ(-cı) – hakim; askeri adliye yargıçı – hərbi hakim
YARGILAMAK – mühakimə etmək
YARIİLETKENLER – yarımkeçiricilər
YARIÇAP(-pı) – radius
YARIMCA – parabaş, miqren
YARIN – sabahkı gün, sabah; yarından tezi yok – sabahdan tez olmayacaq
YASA – qanun; yasalı – qanuni
YASAK(-ğı) – 1) qadağa, yasaq; yasak koymak – qadağa qoymaq; 2) qadağan edilmiş, yasaq olunmuş
YASALAŞMAK – qanuniləşmək, qüvvəyə minmək
YAŞANTI – həyat; kişisel yaşantı – şəxsi həyat
YAŞARLIK(-ğı) – həyat qabiliyyəti
YAT(-tı) – yaxta
YATAK: yatak çarşafı – mələfə
YATAY – üfüqi
YATILI: yatılı okul – internat məktəb, pansion
YATIRIM – kapital qoyuluşu, investisiya
YAVRU – uşaq, uşaqcığaz, bala; kedi yavrusu – pişik balası; yavru çıkarmak – cücə çıxartmaq
YAYA – 1) piyada (adam); yaya geçidi – piyadalar üçün keçid; 2) piyada, ayaqla; yaya gitmek – piyada getmək
YAYGARA – qışqırıq
YAYIM – 1) nəşr; 2) ötürmə, yayma, translyasiya
YAYIN – 1) veriliş; 2) nəşr, nəşr etmə
YAYINLAMAK – 1) nəşr etmək; 2) translyasiya etmək, vermək
YAZ – yay
YAZAR – yazıçı, müəllif; dram yazarı – dramaturq
YEDEK(-ği) – ehtiyat; yedek anahtar – ehtiyat açar
YEĞEN – qardaş oğlu, bacı oğlu, qardaş qızı, bacı qızı
YELEK(-ği) – jilet; cancurtaran yeleki – xilasedici jilet
YELKOVAN – dəqiqə əqrəbi (saatda)
YELPAZE – yelpik
YELTENİŞ – təşəbbüs
YELTENMEK – cəhd etmək, səy etmək, çalışmaq
YEMİN – and; yemini basmak – and içmək
YEMİŞ – meyvə, bar-bəhər, mer-meyvə; yemiş tabağı – meyvə qabı
YENGEÇ(-ci) – 1) yengəc (zoologiya); 2) xərçəng bürcü (astronomiya)
YENİLGİ – məğlubiyyət; yenilgiye uğramak – məğlubiyyətə uğramaq
YENİLMEK – məğlub olmaq, uduzmaq
YENİR, YENİLİR – yeməli
YENMEK – 1) məğlub etmək, qalib gəlmək, udmaq; 2) aradan qaldırmaq, qabağını almaq, öhdəsindən gəlmək; güçlükleri ve mahrumiyetleri yenmek – çətinlikləri və məhrumiyyətləri aradan qaldırmaq
YERMEK – töhmət etmək, məzəmmət etmək, danlamaq
YERMELİ – alçaldıcı, hörmətdən salan; yermeli fıkra – felyeton
YERUCU – qütb
YERYUVARLAĞI(-nı) – Yer kürəsi
YETENEK(-ği) – qabiliyyət
YETERLİK(-ği) – 1) bacarıq, səriştə, qabiliyyət; 2) səlahiyyət
YETİNMEK – kifayətlənmək, qane olmaq; bununla yetinmiyerek – bununla kifayətlənməyərək
YETİŞMEN – stajer
YETKİ – ixtiyar, səlahiyyət, hüquq; yetkisini kullanmak – öz səlahiyyətindən istifadə etmək
YETKİLİ – səlahiyyətli, hüquqlu; yetkili bir şahıs – səlahiyyətli şəxs
YIKAMAK – yumaq
YILDIRMAK – qorxutmaq, hədələmək
YILMAK – qorxmaq, çəkinmək
YIPRANMAK – 1) köhnəlmək, dağılmaq; 2) taqətdən düşmək, əldən düşmək
YOĞUN – sıx, qatı
YOĞUNLUK(-ğu) – sıxlıq; nüfus yoğunluku – əhalinin sıxlığı
YORUM – icmal, şərh, izah; yorumdan kaçınmak – şərh eləməkdən boyun qaçırmaq
YORUMCU – şərhçi, icmalçı; radyo yorumcusu – radio şərhçisi
YORUMLAMAK – kommentari vermək, izah etmək, şərh etmək
YÖNETEM – üsul, metod
YÖNETİM – idarə, rəhbərlik, başçılıq; planlı yönetim – planlı idarə
YÖNETMEK – idarə etmək, rəhbərlik etmək
YÖNETMELİK(-ği) – təlimat, göstəriş
YÖNETMEN – 1) rəhbər, başçı, direktor; 2) quruluşçu, tərtibatçı
YÖRE – eniş, yamac, ətraf, şəhər kənarı, civar
YÖRESEL – yerli; yöresel saatle – yeri vaxtla
YÖRÜNGE – orbit
YUFKA – 1) yuxa; yufka acmak – yuxa yaymaq; 2) nazik, zərif, yuxa; yufka yürekli – ürəyiyuxa
YUNUSBALIĞI(-nı) – delfin
YÜKÜM – vəzifə, borc
YÜRÜRLÜK(-gü) – qüvvədə olmaq (qanun və s.); kanun yürürlükte – qanun qüvvədədir
YÜZBAŞI(-yı) – kapitan, rotmistr
YÜZDE – faiz; yüzde kırk – qırx faiz
YÜZEY – səth; yüzey gerilimi – səthi gərilmə
YÜZEYSEL – səthi; yüzeysel muamele – səthi münasibət
YÜZÖLÇÜMÜ(-nü), YÜZÖLÇE – sahə; ülkenin yüzölçümü nedir? – ölkənin sahəsi nə qədərdir?


Powered by Azeri.NET